Rusiya Kamala Harrisi və Mark Zukerberqi qara siyahıya saldı

   Rusiya Kamala Harrisi və Mark Zukerberqi qara siyahıya saldı
  21 Aprel 2022    Oxunub:1210
Rusiya 29 amerikalını "stop siyahısı"na daxil edib. Onlar arasında yüksək səviyyəli rəhbərlər, iş adamları, ekspertlər və jurnalistlər, habelə yüksək vəzifəli məmurların həyat yoldaşları var. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Stop siyahısına ABŞ-ın vitse-prezidenti Kamala Harris və Meta şirkətinin rəhbəri Mark Zukerberq də daxildir.

Nazirliyin məlumatına görə, yaxın vaxtlarda növbəti siyahı tərtib ediləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti