Rusiya Ukraynanın bütün ərazisini bombalayır - Baş Qərargah

   Rusiya Ukraynanın bütün ərazisini bombalayır -    Baş Qərargah
  21 Aprel 2022    Oxunub:1804
Mariupolda rus orudusu dəniz limanı və "Azovstal" zavodu ərazisinə hava zərbələrinə və hücum əməliyyatlarına davam edir. Ukraynanın hər yerində hərbi və mülki infrastruktura raket və bomba zərbələri endirilir.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində məlumat verilib.
“Düşmən Donetsk və Luqansk vilayətlərinin ərazisinə tam nəzarəti ələ keçirmək üçün şərq əməliyyat zonasında hücum əməliyyatlarını davam etdirib. Bununla yanaşı, bütün Ukrayna ərazisində hərbi və mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri endirilir.

Belarus silahlı qüvvələrinin ayrı-ayrı bölmələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti