Avropa ağır silahları Ukraynaya pulsuz verəcək

   Avropa   ağır silahları Ukraynaya pulsuz verəcək
  22 Aprel 2022    Oxunub:1382
Avropa Birliyi Rusiyaya qarşı müharibədə dəstək olmaq Ukrayna üçün ağır silahlar alacaq.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “European Pravda” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, silhalar Ukraynaya pulsuz veriləcək: “Təhlükəsizlik baxımından bununla bağlı çox xəbər olmayacaq. Amma biz Ukraynanı bu silahlarla təmin etmək öhdəliyimizə sadiqik.”, - Mişel bildirib.

O, qeyd edib ki, Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün artıq 1,5 milyard avro ayırıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:   Ukrayna  



Xəbər lenti