ÜST-dən COVID-19-u yüngül və orta keçirənlər üçün müalicə tövsiyələri

   ÜST-dən    COVID-19-u yüngül və orta keçirənlər üçün müalicə tövsiyələri
  22 Aprel 2022    Oxunub:772
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün nirmatrelvir və ritonavir dərmanlarını tövsiyə edib. AzVision.az xəbər verir ki, bu tövsiyə 3000-dən çox xəstəni əhatə edən iki tibbi araşdırmanın nəticələrinə əsaslanır.
“ÜST xəstəxanaya yerləşdirmə riski yüksək olan yüngül və orta dərəcəli COVID-19 xəstələri üçün Paxlovid adı altında satılan nirmatrelvir və ritonaviri tövsiyə edib. Bu dərman xəstəliyin ağır formasına keçmək riski yüksək olan xəstələr, o cümlədən peyvənd olunmamışlar, həmçinin yaşlı insanlar və immuniteti zəif olanlar üçün hazırda ən yaxşı terapiya seçimidir. Bu, nirmatrelvir və ritonavirin birləşməsindən ibarət Amerika Pfizer şirkətinin oral antiviral dərmanıdır”.

Tədqiqatlar göstərir ki, bu dərmanı qəbul etmək xəstəxanaya yerləşdirmə riskini 85% azaldır. ÜST nirmatrelvir və ritonavirin təkcə adambaşına düşən gəliri yüksək deyil, həm də aşağı və orta səviyyəli ölkələrdə əhali üçün əlçatanlığının təmin edilməsinin tərəfdarıdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: COVID  



Xəbər lenti