Pentaqon Ukraynanın hərbi potensialını gücləndirir

   Pentaqon Ukraynanın hərbi potensialını gücləndirir
  22 Aprel 2022    Oxunub:1051
ABŞ-ın müdafiə naziri Lloyd Ostin gələn həftə Almaniyada digər ölkələrdən olan həmkarlarının iştirakı ilə Ukraynanın hərbi potensialının gücləndirilməsi ilə bağlı məsləhətləşmələr təşkil edəcək.
AzVision.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib. Kirbi qeyd edib ki, o, hələlik görüşdə neçə ölkənin iştirak edəcəyini söyləyə bilməz, lakin söhbət yalnız NATO ölkələrindən getmir.

“Məlumat verə bilərəm ki, nazir gələn həftə aprelin 26-da Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Məşvərət Qrupunun iclasına ev sahibliyi etmək üçün bir sıra həmkarlarını qəbul edəcək. Məqsəd Ukraynanın müdafiə ehtiyacları ilə bağlı bir sıra görüşlər üçün dünyanın hər yerindən maraqlı tərəfləri bir araya gətirmək, habelə Ukraynanın təhlükəsizliyinə və suverenliyinə hörmət edilməsini və uzunmüddətli perspektivdə inkişaf etdirilməsini təmin etməkdir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti