Blinkenin köməkçisi Balkan ölkələrinə səfər edəcək

Blinkenin köməkçisi Balkan ölkələrinə səfər edəcək
  22 Aprel 2022    Oxunub:957
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfried aprelin 25-29-da Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Serbiya və Şimali Makedoniyaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı yazılı bəyanatda deyilir. Dövlət Departamenti bildirib ki, o, Serbiyaya səfər edərək ölkə rəhbərliyini Avropa inteqrasiyasına yönəlmiş islahatları irəli sürməyə çağıracaq və enerji mənbələrinin daha da şaxələndirilməsi imkanlarını müzakirə edəcək.

Çərşənbə günü, aprelin 27-də dövlət katibinin köməkçisi Bosniya və Herseqovinaya gedəcək və burada ölkənin hakimiyyət orqanları ilə onun Avropa İttifaqına üzv olmağa namizəd statusu almasına kömək edəcək islahatların həyata keçirilməsini müzakirə edəcək. Ertəsi gün Donfrid Şimali Makedoniyaya gələcək. O, NATO-nun ən yeni üzvünü demokratiya və regional sabitliyi inkişaf etdirmək üçün regional maraqlar, təhlükəsizlik və müdafiə sahəsində yaxından işləməyə davam etməyə təşviq edəcək.

Həmin gün Donfrid ABŞ və Albaniya arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək. Dövlət katibinin köməkçisi Monteneqroya səfərini aprelin 29-da başa vuracaq. O, Ukraynaya dəstək məqsədilə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulduğuna, humanitar və təhlükəsizlik yardımı göstərdiyinə, habelə hava məkanını Rusiya təyyarələri üçün bağladığına görə Monteneqroya təşəkkür edəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti