Kanada Rusiyanın sanksiyalarından qorxmur

Kanada Rusiyanın sanksiyalarından qorxmur
  22 Aprel 2022    Oxunub:897
“Rəsmi Moskvanın Ottavaya qarşı sanksiya tətbiq etmək qərarı Kanadanın Ukrayna ilə bağlı mövqeyini dəyişməyəcək”.
AzVision.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib. “Rusiya sanksiyaları haqqında deyə bilərəm ki, bu, Ukraynanı qorumaq üçün mümkün olan hər şeyi etmək əzmimizi zəiflətməyəcək”, - o deyib.

Qeyd edək ki, Rusiya 61 Kanada vətəndaşını “qara siyahı”ya salıb. Onların arasında yüksək vəzifəli dövlət rəsmiləri, hərbi qulluqçular, eləcə də aparıcı KİV nümayəndələri var.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Kanada  



Xəbər lenti