Britaniya kəşfiyyatı: Mariupolda şiddətli döyüşlər davam edir

      Britaniya kəşfiyyatı:    Mariupolda şiddətli döyüşlər davam edir
  23 Aprel 2022    Oxunub:797
Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücumları nəticəsində Rusiya qoşunları son 24 saat ərzində ciddi irəliləyiş əldə etməyiblər. AzVision.az RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. Qeyd olunub ki, Mariupolda şiddətli döyüşlər davam edir və bu, Rusiyanın Donbasdakı hücumunu da ləngidir.
Xatırladaq ki, bundan əvvəl Rusiya qoşunlarının Donetsk istiqamətində bütün təmas xətti boyunca irəlilədiyi deyilirdi.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti