Endryu Şofer ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviridir

   Endryu Şofer ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviridir
  23 Aprel 2022    Oxunub:1199
Endryu Şofer ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviridir. AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Azadlıq” radiosunun Ermənistan redaksiyasının sorğusuna verdiyi yazılı cavabda deyilir.
Qeyd olunub ki, onun bu vəzifədəki səlahiyyətlərinə həmçinin Gürcüstan-Rusiya münaqişəsi ilə bağlı beynəlxalq müzakirələrdə ABŞ nümayəndə heyətinə rəhbərlik etmək də daxildir.

Səfirliyin yaydığı bəyanatda qeyd olunur ki, ABŞ Cənubi Qafqaz regionunun dinc, demokratik və firavan gələcəyinin təşviqinə sadiqdir: "Sülh prosesinə sadiqlik və hər iki tərəfin çevikliyi, eləcə də birbaşa ikitərəfli əməkdaşlıq regionda davamlı sülhə nail olmaq üçün açardır və ABŞ bu səylərdə Ermənistan və Azərbaycana kömək etməyə hazırdır".

Qeyd edək ki, bu həftənin əvvəlində Endryu Şofer İrəvanda Ermənistan rəsmiləri ilə görüşüb.

AzVision.az



Teqlər: Endryu-Şofer  



Xəbər lenti