İrəvanda lüt aksiya keçirən blogeri terrorizm maddəsi ilə saxladılar

   İrəvanda lüt aksiya keçirən blogeri    terrorizm maddəsi ilə saxladılar
  23 Aprel 2022    Oxunub:1047
Ermənistanda təkbaşına etiraz aksiyası keçirən şəxsə qarşı terror hadisəsi barədə yalan məlumat vermə maddəsi üzrə cinayət işi açılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, dünən İrəvanın Azadlıq meydanında "fövqəladə hadisə" baş verib.

"Əynində yalnız şalvarı olan çılpaq bir kişi Maştots prospektindən Azadlıq meydanına qaçaraq nə isə qışqırırmış. Bundan sonra isə qarışıqlıq yaranıb, dava düşüb. Polis Mika adlı bir vətəndaşı saxladığını bəyan edib. O, Cinayət Məcəlləsinin 259-cu maddəsi - terrorizmlə bağlı yalan məlumat vermə maddəsi ilə ittiham olunub. Mikanın həbsi üçün məhkəməyə vəsatət verilib. Qeyd edək ki, söhbət məşhur bloger Mika Badalyandan gedir", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Aksiya  



Xəbər lenti