"861 ukraynalı hərbçi fərarilik edib" - Rusiya Müdafiə Nazirliyi

   "861 ukraynalı hərbçi fərarilik edib" -    Rusiya Müdafiə Nazirliyi
  23 Aprel 2022    Oxunub:1559
Ukrayna Milli Qvardiyasından 861 hərbçi fərarilik edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İddia edilir ki, onlar hərbi əməliyyatları həyata keçirməkdən imtina edərək hərbi hissələri icazəsiz tərk ediblər.
Nazirliyin məlumatına görə, ən çox fərarilik 3056 saylı hərbi hissədə (16-cı əlahiddə batalyon, Xerson) olub - 152 nəfər. Həmçinin 3014 saylı hərbi hissədə 84 nəfər, 3033 saylı hərbi hissədə 82 nəfər və 3030 saylı hərbi hissədə 79 nəfər fərarilik edib.

“37 hərbçi əmri yerinə yetirməkdən imtina edərək "Azov" alayının
da daxil olduğu 3057 saylı hərbi hissəni tərk edib" , - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti