BMT-dən Mariupolla bağlı çağırış

   BMT-dən Mariupolla bağlı çağırış
  24 Aprel 2022    Oxunub:938
BMT-nin Ukrayna üzrə koordinatoru Amin Avad dinc əhalinin evakuasiyası üçün Mariupolda hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, A.Avad Mariupolda qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, on minlərlə insanın qaldığını bildirib.

“Biz nə qədər çox gözləyəcəyik, daha çox insan həyatı təhlükə ilə üzləşəcək. Onlara indi, bu gün evakuasiya üçün icazə vermək lazımdır. Sabah çox gec ola bilər", - deyə BMT rəsmisi qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti