Mariupolda 20 mindən çox dinc sakin həlak olub - Şəhər meri
Boyçenko həmçinin qeyd edib ki, rus ordusu evakuasiya prosesini pozmaqda davam edir:
"100 mindən çox insan təəssüf ki, şəhərdə qalıb. Onlar xilas üçün yalvarırlar.Ancaq ruslar təxliyyəyə imkan vermirlər, şəhərə toplaşan sakinləri buraxmırlar. Onlara işgəncə verirlər".
Bu gün səhər saatlarında baş nazirin müavini İrina Vereşçuk bəyan edib ki, Rusiya növbəti dəfə atəşkəs rejimini təsdiq etməyib. Bu səbəbdən Mariupoldan humanitar dəhliz aşılmayıb. Sabah bu məsələ yenidən qaldırılacaq.
“Biz artıq xahiş etmirik, BMT-dən tələb edirik ki, atəşkəs təmin edilsin və həm Azovstaldan, həm də bütövlükdə Mariupoldan humanitar dəhliz açılsın”,- o vurğulayıb.
"İşğal olunmuş müxtəlif rayonlardan 200 minə yaxın ukraynalı məcburi şəkildə filtrasiya və əmək düşərgələrinə deportasiya edilib",- deyə İ.Vereşçuk qeyd edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


