Makron yenidən Fransa prezidenti seçildi

   Makron yenidən Fransa prezidenti seçildi
  24 Aprel 2022    Oxunub:2197
Fransanın hazırkı prezidenti Emmanuel Makron, ilkin məlumatlara görə, prezident seçkilərinin ikinci turunda qalib gəlib.
AzVision.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, o, 57,6% səs toplayıb. Onun rəqibi Marin Le Pen 42,4% səs qazanıb.

Yaxın vaxtlarda hər iki siyasətçinin səsvermənin nəticələri ilə bağlı açıqlamalar verəcəyi gözlənilir.

AzVision.az


Teqlər:



Xəbər lenti