Kremençuka raket zərbələri endirilib - Ölən və yaralananlar var

         Kremençuka raket zərbələri endirilib -    Ölən və yaralananlar var
  25 Aprel 2022    Oxunub:1262
Ukraynanın Kremençuk bölgəsi raket zərbələrinə məruz qalıb. AzVision.az xəbər verir ki, bu barədə mediaya Poltava Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Lunin məlumat verib.
- Rusiya ordusu dünən, aprelin 24-də Kremençuq İES və Kremençuq neft emalı zavoduna raket zərbələri endirib. Nəticədə 1 nəfər həlak olub, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Binalarda ciddi dağıntılar var, lakin bütün yanğınlar lokal xarakter daşıyır. İES-in atəşə tutulması nəticəsində şəhərin demək olar ki, bütün rayonlarında isti su yoxdur,- Lunin deyib.

Yerli media yazır ki, eyni anda 9 raketin atılması və ümumilikdə bu hücum, Rusiyanın genişmiqyaslı işğala başlamasından bəri bölgənin atəşə tutulması ilə bağlı ən böyük hadisədir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti