"160 hərbçi və "Toçka-U" raketini vurmuşuq" - Rusiyalı general

   "160 hərbçi və "Toçka-U" raketini vurmuşuq" -    Rusiyalı general
  25 Aprel 2022    Oxunub:845
"Rusiya aviasiyası komanda məntəqələri və yanacaq anbarları da daxil olmaqla Ukraynanın 56 hərbi obyektini vurub". AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.
Qeyd edilir ki, zərbə endirilən obyektlər arasında iki komanda məntəqəsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 53 ərazi, həmçinin Novaya Dmitrovka kəndi yaxınlığındakı yanacaq anbarı da var.

- 160-a qədər şəxsi heyət, 23 ədəd zirehli texnika, artilleriya qurğusu və texnikası da məhv edilib. Həmçinin hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində Xarkov vilayətinin Mejurino, Balakleya, Borodoyarkoye, Nevskoye yaşayış məntəqələri, eləcə də Xerson vilayətinin Vısokoye və Çernobaevka ərazilərində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını vurub. Bundan başqa, "Pantsir-S" zenit-raket kompleksi Çernobaevka səmasında Ukraynaya məxsus "Toçka-U" raketini və 18 reaktiv raket sisteminin mərmisini məhv edib, - general birffinq zamanı qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti