"Rusiya real itkilərini əhalidən yeni üsulla gizlədir" - Britaniya kəşfiyyatı

   "Rusiya real itkilərini əhalidən yeni üsulla gizlədir" -    Britaniya kəşfiyyatı
  25 Aprel 2022    Oxunub:2172
Rusiya Müdafiə Nazirliyi itkilərin real miqyasını gizlətmək üçün Ukraynada öldürülən hərbçilərin ailələrinə ediləcək ödənişlərə xüsusi nəzarət tətbiq etmək istəyir. AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında məlumat verilib.
"Rusiya Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə təzminatın ödənilməsinə mülki məmurların deyil, hərbçilərin nəzarət etməsini təklif edir. Bu, itkilərin real miqyasını əhalidən gizlətmək istəyi ilə diktə oluna bilər", - hesabatda deyilir.

Britaniya kəşfiyyatı Putinin "Azovstal" əmrinin sirrini açdı
Kəşfiyyat həmçinin belə hesab edir ki, Moskva əsas zərbəni Donbasın tam işğalına yönəltmək qərarına gəldikdən sonra çox az uğur əldə edib.

"Lazımi maddi-texniki və döyüş dəstəyi olmadan, nəzərəçarpacaq irəliləyişdən danışmaq mümkün deyil. Rusiya "Azovstal" zavoduna hücum etməkdənsə, oranı bloklamaq qərarına gəldi. Mariupolda Ukrayna müdafiəçiləri bir çox rus bölmələrini tükəndirərək onların döyüş hazırlığını aşağı salıb”, - məlumatda deyilir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Britaniya   Kəşfiyyat   Rusiya   Ukrayna  



Xəbər lenti