“Pəncə Kilid”: 56 terrorçu zərərsizləşdirilib

   “Pəncə Kilid”:    56 terrorçu zərərsizləşdirilib
  25 Aprel 2022    Oxunub:927
“Pəncə Kilid” antiterror əməliyyatı başlayandan bu gündək 56 terrorçu zərərsizləşdirilib.
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. O, 2022-ci il başlayandan indiyədək 991 terrorçunun zərərsizləşdirildiyini vurğulayıb:

“Fəaliyyətimiz qonşu İraqın ərazi bütövlüyünə hörmət əsasında davam edir. Hədəfimiz terrorçulardır. Ölkəmizi, sərhədlərimizi, təhlükəsizlik qüvvələrimizi terror hücumlarından qorumaq üçün fəaliyyət göstəririk”.


AzVision.az




Teqlər: Türkiyə  



Xəbər lenti