Ukraynalı hərbçilər yolu azan rus hərbçiləri öldürüb - FOTO

   Ukraynalı hərbçilər yolu azan rus hərbçiləri öldürüb -    FOTO
  25 Aprel 2022    Oxunub:1027
Ukrayna mediası daha bir qrup rus hərbçisinin öldürülməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar 59-cu briqadanın ötürdüyü informasiyaya əsaslanıblar.
"Yakov Qandzyuk adına 54-cü briqadanın əsgərləri Ukrayna çöllərində azıb qalmış rus işğalçılarına əsl qonaqpərvərlik nümayiş etdiriblər. Hərbçilərin məlumatına görə, aprelin 24-ü Pasxa bayramında bir qrup işğalçıların geyimində olan gənc Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə daxil olmağa cəhd edib. Ukraynalı müdafiəçilər isə onları "isti" qarşılayıblar. "Yazıqlar" Ukrayna çöllərində "azıblar"mış və görünür, hardasa Pasxa səbətləri də səpiblər. Amma rusların bəxti gətirib ki, Yakov Qandzyuk adına 59-cu motoatıcı briqadanın hərbçiləri onları qarşılayıb və qonaqpərvərliklə onlara doğru istiqamət göstəriblər. Əmin olun ki, onlar bir daha təsadüfən azmayacaqlar”, - məqalədə yazılıb.

Briqada sosial şəbəkələrdə öldürülən hərbçilərin üzərindən çıxan sənədləri də yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti