Rusiyaya qarşı altıncı sanksiyalar paketi hazırlanır

   Rusiyaya qarşı    altıncı sanksiyalar paketi hazırlanır
  25 Aprel 2022    Oxunub:1159
Avropa İttifaqı Rusiyaya qarşı neft idxalına təsir edəcək altıncı sanksiyalar paketini hazırlayır. AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis “The Times” qəzetinə müsahibəsində deyib.
“Biz altıncı sanksiyalar paketi üzərində işləyirik, baxılan məsələlərdən biri neft embarqosunun hansısa formasıdır. Biz sanksiyalar tətbiq edəndə bunu elə etməliyik ki, Rusiyaya təzyiqi artırsın, özümüzə dəyən zərəri minimuma endirsin”, - Dombrovskis bildirib.

Onun sözlərinə görə, Rusiya nefti ilə bağlı sanksiyaların detalları hələ razılaşdırılmayıb. O qeyd edib ki, bunlara Rusiya neftinin mərhələli şəkildə dayandırılması və ya müəyyən qiymət həddindən yuxarı ixrac tariflərinin tətbiqi daxil ola bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Sanksiya  



Xəbər lenti