Rusiya Ukrayna Ordusunun təmir bazasını ələ keçirib - VİDEO

   Rusiya Ukrayna Ordusunun təmir bazasını ələ keçirib -       VİDEO
  26 Aprel 2022    Oxunub:1269
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibəyə dair yeni video yayıb. AzVision.az xəbər verir ki, görüntülərdə ələ keçirilən Kiyevə məxsus hərbi texnikaların yerləşdiyi obyekt əks olunub.
Bildirilir ki, həmin obyektdə hərbi texnikaların təmir sexləri yerləşir.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələri Ukrayna Silahlı Qüvvələri texnikalarının saxlanma və təmiri bazasını nəzarətə götürüb. Təmir bazasının ərazisində çoxlu sayda müxtəlif təyinatlı hava hücumundan müdafiə sistemləri, sursatlar, həmçinin radiolokasiya stansiyaları üçün ehtiyat hissələri var”, - məlumatda deyilir.

Kadrlarda “Şilka” özüyeriyən zenit silahlarını, “Tunquska” zenit-raket kompleksini, Osa-AKM və Tor-M1 komplekslərindən olan maşınları, "Tor" üçün zenit raketlərini və 30 mm-lik çoxsaylı mərmiləri görmək olur.

Rusiya Silahlı Qüvvələrinin avtomobil xidmətinin rəhbəri isə açıqlama verib ki, bazada yüzə yaxın müxtəlif hərbi texnika var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti