İrəvanı etiraz aksiyaları dalğası bürüyüb - VİDEO

   İrəvanı etiraz aksiyaları dalğası bürüyüb -    VİDEO
  26 Aprel 2022    Oxunub:1102
Ermənistanın paytaxtı İrəvanı etiraz aksiyaları dalğası bürüyüb. AzVision.az xəbər verir ki, yerli media səhər tələbələrin aksiyasından sonra müxalifətin də geniş mitinq keçirdiyini yazıb.
Bildirilir ki, hakimiyyətə qarşı şüarlar səsləndirən aksiya iştirakçıları İrəvandakı Qələbə körpüsündə nəqliyyatın hərəkətini iflic ediblər. Amma çox keçməyib ki, polis körpüdə hərəkəti bərpa edə bilib.

Polis İrəvanda tələbələrin etiraz aksiyasını dağıdıb
"Vətəndaşlar əvvəlcə şəhərin mərkəzi küçələrində yürüşlər keçiriblər. Daha sonra körpüdə avtomobillərin hərəkətini kortəbii şəkildə dayandırıblar. Körpü 10 dəqiqədən çox sözün həqiqi mənasında iflic olub və etirazçılar “Nikol satqındır!”, "Xain get!" şüarları səsləndiriblər. Bəzi avtomobil sürücüləri isə siqnallarla etirazçılara dəstək veriblər. Amma yolun dərhal açılmasını tələb edənlər də az olmayıb. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib, aksiya fəalları ərazidən uzaqlaşdırılıb.

Müxalifət fəalı Araqots Axoyan jurnalistlərə deyib ki, iqtidar etirazçılara mane olmaq üçün əlavə qüvvələr cəlb etsə də aksiya baş tutub. O, "Paşinyanın polisi iqtidarı hakimiyyətdə saxlamaq üçün kifayət deyil" deyib. Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan  



Xəbər lenti