Ukraynada taxıl yığımı 20 faiz azalacaq
“Ukrayna kənd təsərrüfatı məhsullarının istehsalı və ixracına görə dünyada dördüncü yerdə qərarlaşıb. Bu ölkədən tədarükün azalması taxılın dünya qiymətlərini yüksəldərək inflyasiya təzyiqi yaradacaq. Taxılın qiymətinin bahalaşması qlobal ərzaq bazarlarına ciddi təsir göstərə bilər. Bu, əsasən də iqtisadi cəhətdən zəif inkişaf edən bəzi ölkələrdə qlobal ərzaq təhlükəsizliyinə təhdid yaradacaq”, - deyə hesabatda bildirilir.
Bir müddət öncə BMT Odessa limanlarının Rusiya tərəfindən blokadaya alınmasının qlobal ərzaq fəlakətinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı əhatə dairəsi getdikcə genişlənən ciddi sanksiyalar tətbiq etməkdədir.
AzVision.az
Teqlər: Taxıl







Vaxtında, Aydın, Lazımlı!


