Ukraynanın NATO-ya daxil olması gündəmdə deyil

   Ukraynanın NATO-ya daxil olması gündəmdə deyil
  27 Aprel 2022    Oxunub:1320
“Hazırda Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır”.
AzVision.az xəbər verir ki, bunu “Fox News”a müsahibəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. “Bu, suveren seçimdir, suveren qərardır. İndi bu məsələyə baxılmır”, - deyə, o, qeyd edib.
Xatırladaq ki, 2008-ci ilin aprelində Buxarestdə keçirilən NATO sammitində Ukrayna və Gürcüstanın alyansa üzv olacağına dair siyasi bəyanat qəbul edilsə də, ölkələrə təşkilata üzv olmaq üçün hüquqi prosedurun ilk addımı olan Üzvlük Fəaliyyət Planın təqdim edilməyib. 2019-cu ilin fevralında Ali Rada konstitusiyaya Ukraynanın NATO-ya üzv olmaq istəklərini təsbit edən və “Avroatlantik kursun dönməzliyi” ifadəsi ilə düzəlişləri təsdiqləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna   NATO  



Xəbər lenti