Quterreş Duda ilə Ankara və Moskva görüşlərini müzakirə edib

Quterreş Duda ilə Ankara və Moskva görüşlərini müzakirə edib
  27 Aprel 2022    Oxunub:698
BMT-nin baş katibi Antonio Quterreş Polşa prezidenti Anjey Duda ilə Ankara və Moskvada keçirdiyi görüşlərin nəticələrini müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə baş katibin ofisinin yaydığı bəyanatda deyilir. Quterreş Ukraynadan 2 milyona yaxın qaçqını qəbul etdiyi üçün Polşaya təşəkkür edib: “Ukraynaya getmək üçün Polşanın Rzeşov şəhərinə səfər edən Baş katib Polşa Respublikasının Prezidenti Anjey Duda tərəfindən qəbul edilib. Baş katib Moskva və Ankarada keçirdiyi görüşlər barədə dövlət başçısına məlumat verib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti