Yaponiya Ukraynaya maliyyə yardımını üç dəfə artıracaq

Yaponiya Ukraynaya maliyyə yardımını üç dəfə artıracaq
  27 Aprel 2022    Oxunub:734
Yaponiyanın baş naziri Fumio Kisida və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub, hökumət başçısı Ukrayna liderinə Kiyevə ən qısa zamanda yardım edəcəyinə söz verib.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya Xarici işlər Nazirlyinin yaydığı bəyanatda deyilir. “Baş nazir Kisida Ukrayna hökumətinin tələbi ilə iqtisadiyyatı dəstəkləmək üçün Ukraynaya maliyyə yardımının 100 milyon dollardan 300 milyon dollara çatdırılmasına qərar verildiyini bildirib”, - deyə məlumatda bildirilir.

Açıqlamada, həmçinin Tokionun özünümüdafiə qüvvələrinə kimyəvi qoruyucu geyim və maskalar, pilotsuz uçan aparatlar, digər avadanlıqlar bağışlayacağı, Ukrayna tərəfinin tələb etdiyi qida və dərmanların ən qısa zamanda təmin ediləcəyi bildirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti