"Rusiya Ukrayna hava məkanını ələ keçirə bilmir" - Britaniya kəşfiyyatı

 "Rusiya Ukrayna hava məkanını ələ keçirə bilmir" -    Britaniya kəşfiyyatı
  27 Aprel 2022    Oxunub:1375
Ukrayna ölkənin hava məkanının böyük hissəsinə nəzarəti əlində saxlayır. AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya real itkilərini əhalidən yeni üsulla gizlədir" - Britaniya kəşfiyyatı
Hərbi kəşfiyyat xidmətinin məlumatına görə Rusiya Ukrayna Hərbi Hava Qüvvələrini effektiv şəkildə məhv edə və ya ölkənin hava hücumundan müdafiə sistemini qıra bilməyib.

Qeyd edilir ki, Kiyev davamlı olaraq Rusiyanın aviasiya ehtiyatlarını risk altında saxlayır.

"Rusiya aviasiyası əsasən Ukraynanın cənubunda və şərqində cəmləşərək rusların quru qoşunlarına dəstək verir. Onlar ölkə boyu Ukraynanın hərbi obyektlərinə və logistika infrastrukturuna zərbələr endirməkdə davam edir", - kəşfiyyatçılar qeyd ediblər.

Həmçinin o da vurğulanır ki, Rusiyanın Mariupola endirdiyi əksər aviazərbələrin əksəriyyəti idarə olunmayan bombalarla həyata keçirilir. Bu silahlar isə mülki əhalinin tələfat riskini artırır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Britaniya   Rusiya   Ukrayna   Kəşfiyyat  



Xəbər lenti