"ABŞ dünyada və Ukraynada biolaboratoriyalar şəbəkəsi qurdu"

   "ABŞ dünyada və Ukraynada biolaboratoriyalar şəbəkəsi qurdu"
  27 Aprel 2022    Oxunub:984
ABŞ bütün dünyada, o cümlədən Ukraynada bütöv bir biolaboratoriyalar şəbəkəsi qurdu və faktiki olaraq onlarda yeni bioloji silahlar yaratdı. AzVision.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkənin cənubunda təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclasda deyib.
Onun sözlərinə görə, bu məsələ ABŞ-ın bütün dünyada, o cümlədən Rusiya Federasiyasının sərhədlərinə yaxın ərazidə öz bioloji laboratoriyalarını yerləşdirdiyi şəraitdə xüsusilə aktualdır. Patruşev belə təhdid doğuran laboratoriyalardan bəzilərinin Ukrayna ərazisində yerləşməsinə xüsusi diqqət çəkib.

- Xüsusi hərbi əməliyyat zamanı məlumat əldə edilib ki, bu laboratoriyalarda ABŞ-dan olan hərbi alimlər viruslar, bakteriyalar və toksinlər, əslində isə yeni bioloji silahlar yaradıblar. Ukraynada Pentaqonun nəzarəti altında bioloji laboratoriyaların yaradılmasının aktiv mərhələsi 2014-cü ildə - ABŞ və onun Qərb müttəfiqləri tərəfindən təxribatlarla dövlət çevrilişindən sonra başlayıb. Məqsəd isə bizə düşmən olan dövlətlər yaratmaq olub, - Patruşev deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Biolaboratoriya  



Xəbər lenti