"Putinin qələbəsi dünyada dəhşətli nəticələrə gətirib çıxaracaq"

   "Putinin qələbəsi dünyada dəhşətli nəticələrə gətirib çıxaracaq"
  27 Aprel 2022    Oxunub:941
Böyük Britaniyanın xarici işlər naziri Elizabet Tras müttəfiqləri Ukraynaya döyüş təyyarələri verməyə çağırıb. AzVision.az xəbər verir ki, bu barədə məlumat nazirliyin yaydığı press-relizdə qeyd edilib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin qələbəsi həm Avropada, həm də bütün dünyada iztirablara və dəhşətli nəticələrə gətirib çıxaracaq.

- Ona görə də biz uzun müddətli perspektivlərə hazır olmalıyıq və Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq... Ağır silahlar, tanklar, təyyarələrlə bağlı istehsalı artırırıq. Bütün bunları etməliyik, - nazir deyib.

Truss deyib ki, “sülh və rifahı təmin etmək üçün hazırlanmış qlobal təhlükəsizlik arxitekturası Ukraynanı iflasa uğratdı”, ona görə də “yeni yanaşma” lazımdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti