"Müharibə nəticəsində Ukraynada 2787 insan həlak olub" - BMT

   "Müharibə nəticəsində Ukraynada 2787 insan həlak olub" -    BMT
  27 Aprel 2022    Oxunub:738
Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukrayna vətəndaşlarının 2787-si ölüb, 3152 nəfəri yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.
Qeyd olunur ki, bu dövrdə 917 kişi, 611 qadın, 61 qız, 74 oğlan, 67 uşaq, o cümlədən cinsiyyəti hazırda məlum olmayan 1062 böyük müharibənin qurbanı olub. Eyni zamanda müharibədə 365 kişi, 296 qadın, 66 qız, 73 oğlan, o cümlədən 163 uşaq və cinsi məlum olmayan 2189 böyük yaralanıb.

Hesabatda insanların əksəriyyətinin ağır artilleriya və çoxsaylı raket hücumları və hava zərbələri də daxil olmaqla, geniş ərazili döyüş sursatlarının və partlayıcı maddələrin istifadəsi nəticəsində öldüyü və ya yaralandığı vurğulanıb.

Aytən Zəhra
AzVision.az




Teqlər:



Xəbər lenti