"Ukraynanın silahlandırılması qitənin təhlükəsizliyini təhdid edir"

   "Ukraynanın silahlandırılması qitənin təhlükəsizliyini təhdid edir"
  28 Aprel 2022    Oxunub:950
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın xarici işlər naziri Liz Trasın Qərb ölkələrinə etdiyi son çağırışı şərh edib.
O qeyd edib ki, Ukrayna və digər ölkələrə ağır silahların göndərilməsi tendensiyası qitənin təhlükəsizliyini təhdid edir və bu qeyri-sabitliyə səbəb olan davranışlardır.

Xatırladaq ki, Liz Tras müttəfiqlərə çağırış edərək deyib ki, təkcə Kiyevin deyil, həm də Moldova ilə Gürcüstanın hərbi potensialını gücləndirmək lazımdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti