"Qərbin Kiyevə verdiyi silahlar terrorçuların əlinə keçə bilər"

         "Qərbin Kiyevə verdiyi silahlar terrorçuların əlinə keçə bilər"
  28 Aprel 2022    Oxunub:1440
Qərbin Ukraynaya verdiyi silahlar terrorçuların əlinə keçə bilər. AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.
O, Suriyada müxalifətə hərbi yardımların sonda terrorçuların silahlandırılması ilə başa çatdığını xatırladıb.

- Qərbin mötədil Suriya müxalifəti adlandırılan qruplara verdiyi silahların qara bazarda kütləvi satılaraq İŞİD terrorçularının əlinə keçdi. Bu Suriya hekayəsi ilə bağlı paralellər aparmaq olar...

Onun sözlərinə görə, Rusiya tərəfi Kiyevdə də oxşar ssenarinin baş verməsini istisna etmir, üstəlik, Ukraynada Qərb silahlarının da eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qərb   Rusiya   Ukrayna  



Xəbər lenti