İsveçin solçu partiyası NATO-ya üzvlüklə bağlı referendum istəyir

İsveçin solçu partiyası NATO-ya üzvlüklə bağlı referendum istəyir
  28 Aprel 2022    Oxunub:870
İsveçin solçu partiyası ölkənin NATO-ya üzvlüyü ilə bağlı referendum keçirilməsini tələb edir.
AzVision.az xəbər verir ki, bunu partiyanın lideri Nuşi Dadqostar bildirib. “Bunu çox geniş əsasda etmək lazımdır. Bu, seçicilərin qərar verməsi üçün çox vacib məsələdir. İsveçlilər sonradan qoşulmaq istəsələr, biz bunu mütləq qəbul edəcəyik”, - deyə o, qeyd edib.

Partiyanın mövqeyi ondan ibarətdir ki, İsveç NATO-ya qoşulmamalıdır, çünki alyans digər məsələlərlə yanaşı, nüvə silahına malikdir. Nuşi Dadqostar hesab edir ki, NATO-ya qoşulmaq ölkə üçün daha böyük təhlükə deməkdir.

“Düşünürük ki, İsveç hərbi baxımdan bloklara qoşulmamalıdır, çünki biz hansı xarici və müdafiə siyasətinə malik olacağımıza dair öz müqəddəratını təyin etməliyik. Gənc qadınları və kişiləri başqa ölkələrin müharibələrinə göndərməliyikmi?”.


AzVision.az



Teqlər: İsveç  



Xəbər lenti