Putin Ərdoğana təşəkkür etdi

 Putin Ərdoğana təşəkkür etdi
  28 Aprel 2022    Oxunub:1636
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. AzVision.az xəbər verir ki, buna səbəb rusiyalı əsir pilot Konstantin Yaroşenkonun amerikalı Trevor Ridlə dəyişdirilməsi prosesinin təşkili olub.
Qeyd edək ki, çərşənbə günü Türkiyədə Rusiya Federasiyasında əvvəllər məhkum olunmuş ABŞ vətəndaşı Trevor Ridin rusiyalı Konstantin Yaroşenko ilə dəyişdirilməsi baş verib. Həmin gün Yaroşenko Moskvaya aparılaraq həyat yoldaşı və qızı ilə görüşüb.

AzVision.az



Teqlər:



Xəbər lenti