Zelenskidən xəbərdarlıq: "Rusiya Ukraynada dayanmayacaq"

      Zelenskidən xəbərdarlıq:    "Rusiya Ukraynada dayanmayacaq"
  28 Aprel 2022    Oxunub:1083
Ukraynanın prezidenti Volodimir Zelenski müharibə ilə bağlı diqqət çəkən açıqlama verib. AzVision.az xəbər verir ki, o, Rusiyanın Ukraynada dayanmayacağını bəyan edib.
"Ukraynanın ixracı qlobal bazarı sabitləşdirməyə kömək edəcək" - Zelenski
Zelenski qeyd edib ki, "bunu bütün sivil dünya dərk edir və ona görə də bizə işğalçılarla mübarizə aparmağa kömək edir".

- Azad dünyada demək olar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin yalnız başlanğıc olduğunu anlamayan insanlar qalmayıb. Rusiya rəhbərliyinin son məqsədi təkcə Ukrayna ərazisini ələ keçirmək deyil, bütün Avropanın mərkəzini, şərqini parçalamaq və demokratiyaya qlobal zərbə vurmaqdır, - Zelenski sosial şəbəkələrdə yazıb.

Prezident əlavə edib ki, azad dünyanın özünümüdafiə hüququ var, ona görə də o, Ukraynaya daha çox kömək edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti