BMT-nin baş katibi Ukraynada hərbçilərlə görüşüb

   BMT-nin baş katibi Ukraynada hərbçilərlə görüşüb
  28 Aprel 2022    Oxunub:1532
BMT-nin baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Kiyev vilayətinin Borodyanka qəsəbəsində olub.
AzVision.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, Quterreş Ukraynanın azad edilən qəsəbəsində hərbçilərlə və jurnalistlərlə danışıb.

“Mən ailəmi indi dağılan və yanan evlərdən birində təmsil edirəm. Nəvələrimin təşviş içində qaçdığını görürəm. 21-ci əsrdə müharibələr qəbuledilməzdir”.

Baş katib vurğulayıb ki, səfərlər ölkələr arasında münaqişənin dinc yolla həllinə nail olmaq cəhdləri ilə bağlıdır.

Qeyd edək ki, BMT-nin baş katibi Moskva səfərindən sonra aprelin 27-də Ukraynaya gedib.

AzVision.az


Teqlər:



Xəbər lenti