Putin və Zelenski G20 sammitinə dəvət olunub

   Putin və Zelenski G20 sammitinə dəvət olunub
  29 Aprel 2022    Oxunub:1528
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski İndoneziyada keçiriləcək G20 sammitinə dəvət olunub.
AzVision.az xəbər veri ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Bundan əvvəl Zelenski İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar apardığını və onu G20 sammitinə dəvət etdiyinə görə təşəkkür etdiyini bildirib.

“İndoneziya Prezidenti Coko Vidodo ilə danışdım. Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə, əsasən də BMT-də aydın mövqeyinə görə ona təşəkkürümü çatdırdım. Biz, həmçinin ərzaq təhlükəsizliyi məsələsini də müzakirə etdik. G20 sammitinə dəvətinə görə minnətdaram”, - deyə Volodimir Zelenski bildirib.

Ukrinform agentliyinin məlumatına görə, bundan öncə ABŞ və bəzi ölkələr noyabrda keçiriləcək G20 sammitinə ev sahibliyi edəcək İndoneziyadan bəzi tədbirlərə Ukraynanı da çağırmağı xahiş ediblər.

Agentlik İndoneziya prezidentinə istinadən bildirib ki, həm Putin, həm də Zelenski tədbirə dəvət alıblar.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti