“Sərhədləri müəyyənləşdirərkən 1918-ci ildən 1991-ci ilədək bütün xəritələri götürəcəyik”
“Biz diqqəti sadəcə bir xəritəyə yönəldə bilmərik. İrəvanın Azərbaycanın bir hissəsi olduğu 1918-ci ildən başlayaraq bir çox xəritələr olub. Eləcə də Zəngəzurun Azərbaycanın bir hissəsi olduğu 1920-ci ilin noyabrından əvvəl. Hazırkı İran-Ermənistan sərhədində azərbaycanlılar məskunlaşmışdılar və buranın erməni xalqı ilə heç bir əlaqəsi yox idi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı idi.
Amma Ermənistana verilərkən o, indiki kimi 42 kilometr deyildi, daha dar idi. Amma sonradan müxtəlif hiylələrlə ermənilər İranla yeganə sərhədləri olan bu ərazini genişləndirdilər. Ona görə də bizim mövqeyimiz budur ki, biz məsələn, 1918-ci ildən və ya daha əvvəldən başlayaraq 1991-ci ildə Sovet İttifaqı dağılanadək bütün xəritələri götürəcəyik. Amma, əlbəttə bu, bizim birgə İşçi qrupumuzun müzakirələrinin bir hissəsi olacaq”, - dövlət başçısı vurğulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


