Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı
Nazirlikdə səfirə Vyana Konvensiyasında təsbit olunmuş daxili işlərə qarışmamaq prinsipi xatırladılıb. Eyni zamanda türkiyəli diplomatın Almaniya Xarici İşlər Nazirliyinə çağırılması pislənilib.
Qeyd edək ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və Gəzi Parkı hadisələri ilə əlaqədar cinayət işi üzrə ittiham olunan biznesmen Osman Kavala ömürlük azadlıqdan məhrum edilib. Bununla əlaqədar Türkiyənin Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


