Rusiyada İES yanıb - VİDEO

Rusiyada İES yanıb -   VİDEO
  30 Aprel 2022    Oxunub:2097
Rusiyanın Saxalin bölgəsindəki İlyinski kəndində İstilik Elektrik Stansiyası yanıb. "QRES-2" adlanan stansiyanın turbin bölməsində başlanan güclü yanğın aidiyyəti dövlət qurumları tərəfindən söndürülüb.
"Saxalinenergo"nun mətbuat katibi Marqarita Tatarova yerli mediaya verdiyi açıqlamada deyib ki, tələfat və dağıntı olmayıb.

Qeyd edilir ki, yanğına səbəb turbogeneratorun dayanması olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin mətbuat xidmətinin məlumatına görə, 30 əməkdaş binanı yanğınsöndürənlərin yardımı olmadan sərbəst tərk edə bilib. Hazırda texnoloji proseslər dayandırılıb.



Tural Tağıyev
AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti