Rusiya hərbi obyekti elektrik qızdırıcısından yanıbmış

   Rusiya hərbi obyekti elektrik qızdırıcısından yanıbmış
  30 Aprel 2022    Oxunub:925
Rusiya Aerokosmik Müdafiə Qüvvələrinin Tverdə yerləşən Mərkəzi Elmi-Tədqiqat İnstitutunda 20-dən çox insanın ölümü ilə nəticələnən yanğının baş vermə səbəbi məlum olub. Hadisə elektrik qızdırıcısındakı qısaqapanmadan yaranıb. AzVision.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Yanğın ikinci mərtəbədəki ofisdə heç kimin olmadığı halda elektrik qızdırıcısının qısaqapanması nəticəsində baş verib", - məlumatda deyilir.

Yanğının xeyli genişlənməsinə və nəticədə qatı tüstünün yaranmasına səbəb yanğınsöndürənlərin gec çağırılması olub.

Qeyd edilir ki, yanğın baş verən zaman binada 175 nəfər olub, onlardan 54-ü xilas edilib, 98-i isə özü küçəyə çıxa bilib. Fövqəladə hadisə yerində dağıntıların təhlili zamanı 22 nəfərin cəsədi tapılıb, daha bir nəfərin axtarışları davam edir.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Aerokosmik Müdafiə Qüvvələrinin Mərkəzi Tədqiqat İnstitutunda 2,5 min kvadratmetr sahədə yanğın olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti