"Gecə Ukraynanın 390 hərbi obyektini vurmuşuq" - Rusiyalı general

   "Gecə Ukraynanın 390 hərbi obyektini vurmuşuq" -    Rusiyalı general
  30 Aprel 2022    Oxunub:1515
Ötən gecə Rusiya artilleriyası Ukraynanın daha 390 obyektini, o cümlədən 15 raket və artilleriya silah-sursat anbarını vurub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov brifinqdə məlumat verib.
- Bunlara 35 komanda məntəqəsi, 41 dayaq məntəqəsi, 169 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, 33 artilleriya mövqeyi, həmçinin 15 raket və artilleriya silah-sursat anbarı məhv edilib, - general deyib.

O həmçinin qeyd edib ki, gecə ərzində Ukraynanın dörd hərbi obyekti Rusiya raket qüvvələri tərəfindən vurulub. Bunların arasında iki komanda məntəqəsi, reaktiv yaylım atəşi sistemlərinin batareyası və radiolokasiya stansiyaları da var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   General  



Xəbər lenti