Zəngəzur məktəblərində fars dilinin kütləvi tədrisinə başlanılır

Zəngəzur məktəblərində fars dilinin kütləvi tədrisinə başlanılır
  30 Aprel 2022    Oxunub:1147
Ötən gün İran Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri ölkəsi ilə həmsərhəd olan Zəngəzura işgüzar səfər edib. Səfər zamanı birgə reallaşdırılacaq layihələr müzakirə olunub.
İran yenə dəhlizə qarşı çıxdı: "İrəvan ərazi bütövlüyünü qorumalıdır"
Zəngəzurun Qafan şəhərinin meri Gevorq Parsyan səfirə deyib ki, bölgədəki ümumtəhsil məktəblərində fars dili tədris olunacaq.

Görüş zamanı o da xatırladılıb ki, yaxın vaxtlarda Qafanda İran konsulluğu açılacaq. Bu kontekstdə fars dilinin tədrisi əməkdaşlığın qurulması istiqamətində mühüm addım kimi elan edilib.
Konsulluğa gəlincə, səfir qeyd edib ki, yaxın vaxtlarda diplomatik qurumun heyəti Ermənistan XİN-də olacaq.

Nəqliyyat layihələrindən danışan səfir İranın Şimal-Cənub dəhlizinin tikintisində maraqlı olduğunu açıqlayıb. Onun sözlərinə görə, bir neçə İran şirkəti tikintidə iştirak etməyə hazırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Səfir   Qafan  



Xəbər lenti