Ankara Afinanın təxribatına görə NATO təlimlərindən imtina etdi

 Ankara  Afinanın təxribatına görə NATO təlimlərindən imtina etdi
  30 Aprel 2022    Oxunub:1519
Türkiyə Hərbi Hava Qüvvələri NATO-nun Yunanıstanda keçirilən “Tiger Meet” təlimlərində iştirakdan imtina edib. Buna səbəb isə Anakaranın Afina ilə fikir ayrılığı olub. AzVision.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
"Hər təlimdən əvvəl ev sahibi ölkə tədbirin keçirilməsi üçün texniki müqavilə hazırlayır. Müəyyən edilib ki, bu ilin texniki reqlamentini hazırlayan Yunanıstan nəzərdən keçirilən sənədə Türkiyə əleyhinə, iki ölkə arasında fikir ayrılıqlarına yönəlmiş bir yanaşma ilə əlavələr edib. Hərbi Hava Qüvvələri komandanlığı bu qəsdən edilən əlavələrə qarşı dərhal tədbir görüb və beynəlxalq hüquqa zidd olan texniki reqlamentlərin dəyişdirilməsini tələb edib. Türkiyənin israrlı tələbləri isə Yunanıstan tərəfindən qəbul edilməyib", - məqalədə yazılıb.

Xatırladaq ki, bir müddət öncə Türkiyə F-16 Fighting Falcon qırıcılarının mayın 9-dan 22-dək Yunanıstanda keçiriləcək NATO təlimlərində iştirak edəcəyi bildirilirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə   Təlim   NATO   Yunanıstan  



Xəbər lenti