"Fransa seçkilərində ekstremistlərin məğlubiyyəti dünyanın qələbəsidir"

   "Fransa seçkilərində ekstremistlərin məğlubiyyəti dünyanın qələbəsidir"
  30 Aprel 2022    Oxunub:1297
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Makronun seçkilərdə qalib gəlməsindən danışıb. O, Səudiyyə Ərəbistanından qayıdarkən təyyarədə jurnalistlərə deyib ki, Fransada keçirilən seçkilərdə ekstremistlərin uduzması bütün dünyanın qələbəsidir.
- Fransada keçirilən seçkilərdə ekstremistlərin sıradan çıxarılmasını və onların məğlubiyyətini bütün dünyamızın qələbəsi hesab edirəm... Digər tərəfdən, Makronun rəqiblərinin Fransanın sosioloji strukturunu o qədər də yaxşı təhlil etmədiyi ortaya çıxdı. İslama qarşı çox açıq-aşkar düşmənçilik nümayiş etdirmələri, xüsusən də hicaba, müsəlmanlara olan həddindən artıq mənfi münasibəti təbii ki, Makronu ikinci raundda gündəmə gətirdi”, – Ərdoğan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa   Ərdoğan  



Xəbər lenti