Rusiya Odessa hava limanına raketlər atıb

Rusiya Odessa hava limanına raketlər atıb
  30 Aprel 2022    Oxunub:1152
Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil.

Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.

AzVision.az



Teqlər: Odessa   Raket-Zərbəsi  



Xəbər lenti