Ukrayna ilə Rusiya növbəti dəfə əsirləri dəyişiblər

Ukrayna ilə Rusiya növbəti dəfə əsirləri dəyişiblər
  30 Aprel 2022    Oxunub:1223
Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk öz “Facebook” səhifəsində bildirib.

Vereşçuk 14 ukraynalının geri qaytarıldığını bildirib. O əlavə edib ki, qaytarılanlardan 7-si hərbçi, 7-si isə mülki şəxsdir.

“Mənim üçün bu mübadilə xüsusidir: hərbçi qadınlardan biri hamiləliyinin beşinci ayındadır”, - Baş nazirin müavini vurğulayıb.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna   Əsirlər  



Xəbər lenti