Əfqanıstanda partlayış olub, ölən və yaralılar var
Məlumata görə, hadisə günorta saatlarında Kabilin qərb hissəsində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, qadınlar və uşaqlar da daxil olmaqla daha 7 nəfər yaralanıb.
Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı hadisə ilə bağlı şərh verməyib. Ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
AzVision.az
Teqlər: Əfqanıstan Partlayış







Vaxtında, Aydın, Lazımlı!


