Zelenski Nensi Pelosi ilə görüşüb - VİDEO

   Zelenski Nensi Pelosi ilə görüşüb -    VİDEO
  01 May 2022    Oxunub:989
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ukraynanın paytaxtı Kiyevdədir.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter səhifəsində bildirib.
“Kiyevdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüş. ABŞ Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyiniz köməyə görə sizə təşəkkür edirik!”, - Ukrayna lideri paylaşımında qeyd edib.




AzVision.az


Teqlər:



Xəbər lenti