Rusiya Odessada silah-sursat anqarını məhv etdi

   Rusiya Odessada silah-sursat anqarını məhv etdi
  01 May 2022    Oxunub:894
Rusiyanın Oniks raketləri Odessa yaxınlığındakı hərbi aerodromda ABŞ və Avropadan gələn silah və sursatların olduğu anqarı məhv edib.Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Qeyd edilib ki, Anqarın yaxınlığında uçuş-enmə zolağı dağıdılıb. Bundan əlavə, Rusiya Xarkov vilayətinin Petrovski rayonunda iki Su-24M bombardmançı təyyarəsini və Zaporojye vilayətinin Tokmak qəsəbəsi üzərində iki “Toçka-U” raketini vurub.

Bir gecədə Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatı məhv edilib.

Konaşenkov həmçinin Donetsk vilayətinin Berezovoe, Xarkov vilayətinin Slatino və Barvenkovo ​​yaşayış məntəqələrində Ukrayna qoşunlarının cəmləşdiyi dörd ərazinin və üç silah-sursat anbarının yüksək dəqiqlikli raketlərlə məhv edilməsi barədə məlumat verib.

AzVision.az


Teqlər:



Xəbər lenti